Ay ata-ata
Ay bimürvət, aldın şirin canımı,Müjganın sinəmə ay ata ata.Əziziyəm ay ata,Oğlun ölür, ay ata,Başım cəllad əlində,Sözüm keçmir həyata.Qaşın Qüreyşdi, camalın cimdi,Nə gözəl yazılıb ayat, ayata.
Bülbül idin qondun qeyri dala sən,Mənim kimi qəm bəhrinə dalasan.Əziziyəm, dala sən,Dara zülfün dala sənƏlif olan qəddimi,Döndərirsən dala sənMəcnun kimi məni saldın dala sən,Xaraba küncündə ay yata yata.
Yazıq Hüseyn, eşq oduna yanar hey,Qoynundakı ya turuncdur, ya nar hey.Əziziyəm yanar hey,Dərdin canda yanar hey,Tərlan könlüm havadan,Sona alıb enər hey.Namərd olan səməndindən enər hey,Mərd iyidlər minər ay ata, ata.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-huseyn-bozalqanli-ay-ata-ata
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,