Özüm özümə gülüb, özümü sarımaqdan sərxoş oluram
Kim eşqlə dolu bədəndən sərxoş olur,kim ayrılıqlarla dolu badədən,mən hər an yenidən yıxılırkəngöyüzünü saxlayan bir dirəkdənhər an qalxıb onuyenidən yürüməkdən sərxoş oluram.
Kim quş olmaqdan sərxoş olur,Kim quşa atılan daş olmaqdan,Mən göydə o daşa sarılmaqdan,Sarılıb göydə o quşu daYerə düşən anda yeri də, daşı daAğrıdan qorumaqdan sərxoş oluram.
Hanı məndən ağıllı, məndən dəli hanı?!Məni dəlilərdən ağıllı,ağıllılardan dəli bilirkən hamı,mən özüm özümühamıdan gülməli saymaqdan,özüm özümə gülüb,özümü sarımaqdan sərxoş oluram.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-ozum-ozume-gulub-ozumu-sarimaqdan-serxos-oluram
Клавиши ← → для перехода, R — случайное стихотворение