Hələ qanadı yoxdu,hələ yerüzünün oğludu o,Sabah qanadı çıxacaq,Sabah ayın, ulduzun,eşqin oğlu o olacaq,Hələ Qeysdi onun adı,Sabah məktəbə gedəcək,Sabah bu dünyadaHamıdan çox o sevəcək,Çünki bu dünyadakıçiçəklərin ən gözəlinitəkcə o görəcək,İndi hamıdan çox gülür,Bir də heç vaxt gülməyəcək o,İndidən görünür eşqinin dövləti, varı –gülən gözlərinin dibindəgizlənib titrəyən göz yaşları,

Bu gün gəlincikdən ötrüağlayıb gülən Leylinin,Eşqin dilindən xəbərsizpərvanənin, şamındilini bilən Leylininxəbəri yox, sabah bir qanadlı otaqdabir səf qönçə oğlan düzüləcək,bir səf qönçə qız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви