Sevgi
Göyüzünə bir yerdə açdığımızpəncərədi sevgi.Tülü alma gülü, heyva gülü,tülü milli-milli.
Pəncərədə çırpınan ulduzlarıaçıb içəri buraxdığımız otaqdı sevgi-döşəməsi bulut, tavanı göyüzü,tavanı ulduz gölü, ulduz dənizi.
Sahilində yana-yana dayanıb baxdığımızsonunu xəyalımızda datapa bilmədiyimiz göyüzüdü,göyüzünün dənizidi sevgi.
Bir-birimizdən neçə gecə,neçə küçə uzaqeyni anda eyni ulduza baxa-baxao ulduzun güzgüsündəəl-ələ, tel-telə verməkdi sevgi,orda şəklimizibir-birinə qısılı görməkdi sevgi,o anda o ulduzda görünməkdən çox-»diz çökmüş sevgilimindizi yerdən ağrı çəkdi»-deyib düşünməkdi sevgi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-sevgi-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
... həm də İlahi yol aldatmaqdan yox, aldanmaqdan keçir. Həqiqətə aldada-aldada yox, aldana-aldana gedilir. Bununçün insan ən azı insan olmalıdır. Ən azı insan! Heç vaxt aldatmayan, hər an aldanmağa hazır insan!Allaha doğma?
Azərbaycan – göyüzündən asılmağa, qalxıb Allaha qısılmağa anakəndirÖzlərini asanlar tək günah eləmirlər, həmdə ayaqlarının ucuyla son təkanı verib donuq
Azərbaycan – qoxlamağa ataqılınc, ağlamağa anaküncMin illərdi dünyaya öldürməkçün yox, yaşatmaqçün döyüşməyi öyrədə bilmirsən, Ataqılıncım.*Azərbaycan – göyüzündə
Vətən –Vətən – Tanrı sözü? Tanrı özü?Bütün kainat, bütün göyüzü, yerüzü?