Söykənmisən uzaq bir pəncərəyəO sevgili üzün, o şəkil üzündonub pəncərədə ay işığıtək,bir qəmli sevginin yaraşığıtək.Bəlkə inanmırsan olub keçənə,Ömür gərdişinə, ölüm köçünə?!Günlər gözlərinin gölündən keçibKölgəsi qırıştək düşüb üzünə,əlinin, saçının gülündən keçib,günlərin altında gül işığıylabir qəmli hüzn də telindən keçib.Bəlkə inanmırsan olub keçənə,lap dünən gəlmisən bu dünyaya sən.Təzəcə sevmisən, sevilmisən də,əllərin sevginin çiçəyi hələ,illər tellərinin rənginə dəyibşuxluğuna dəyə bilməyib hələ.

Söykənmisən uzaq bir pəncərəyə,bir uşaq dayanıb yağış altındabir qədim şəkilə baxırmış kimibaxır pəncərəyə, baxır üzünə.O tale üzündən gül rəngi kimiçiçək qoxusutək keçəcək ona.O sevgili uşaq, o şəkil uşaqindi sirr içində dayanıb durur,bircə il, beşcə il, keçəcək illərsolacaq könüllər, donacaq gözlər,göylərin altında yaddan çıxacaqo sehirli üz də, o pəncərə də.Uşaq böyüdükcə, illər dəydikcəo sehirli üz də, o pəncərə də

böyüyüb uşağın taleyi boyda,üzünün torpağı, göyüzü boyda,gözünün gecəsi, gündüzü boydaillərcə gəzəcək başının üstdə.Sonralar hardasa o da eləcəya bir şəkil kimi, ya bir kölgətəkbir başqa uşağa göründü bəlkə.

Kim bilir dünyaya gəlirik bəlkəya bir tale kimi, ya bir sirr kimibir gözəl uşağa, bir gözəl quşa,bir gözəl ağaca, bir gözəl daşabir yol pəncərədən görünək gedək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов