Qeybdən gələn səs kimi,ölümqabağı nəfəs kimigəldin ömrümə,zalım qızı,çıx gecəyə, oynayaq bu havaya dasən şəhərin o başında,mən şəhərin bu başında

Gözəl gözlərə gələn yaş kimi,uğruna baş qoyulası savaş kimiendin ömrümə,zalım qızı,çıx gecəyə, oynayaq bu havaya dasən günlərin o başında ,mən günlərin bu başında ,aylarla, illərlə oynayaq belə.

Bir yanıq kamançadaçalına bilər ancaqbu sevdanın havası ,daha diz üstdə oxunulmaz,diz üstdə oynanılarbu sevdanın duası.

Beləcə, diz çökək, diz çökək,diz üstdə oynamaqçün diz çökək,diz çökək, diz çökəkdiz çökməkçün bədənlərini sındırıbözlərinə diz düzəldəndizsiz iki çiçəktək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов