Eyvanımızdakı qara çırağın altındayazmışam ilk şerimi,On beşimdə elə bilirdim o çırağınbir gecəlik işığı olub gedəcəm:şerlərim çıxmamış işığa ölüb gedəcəm,Gözümdə, gözələ ağ paltar yaraşantəkağ kəfən yaraşırdı cavan şairə.

O qara çırağın işığı yarıb keçdi illəri,Bir də gördüm o qara çırağın işığıanamın saçlarında quruyub,İndi bilirəm məni ilk şeriməcəno qara çırağın işığı qoruyub.

On yeddimdə elə bilirdimölüb gedəcəm bir daha sevilmədən,Ancaq bir yay günüyağmur kimi sevdilər məni.Sonra bilmədim heç noldu,Həyətimizdəki nar ağacı-ən gözəl gülünü açmadan soldu...

O nar ağacı da bir qara çırağıdı-qızıl güllər açacaq,ayrılıq da bir qara çıraq,daha sən də, sən də qorxma, bacı,sevginin dəliliyindənməni hələ də qoruyur o nar ağacı...

Hərə öz çırağının quludu, bacı,biri ay çırağının, biri gün çırağının,bir də yuyat yerimdə yanasıo qara çırağın quluyam mən də.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов