Könül bağladığım adamlar,Sirr verib, sirr saxladığım adamlar,yanlarında ağladığım adamlardünya gələ, gedə çıxmaz yadımdan.

Əlim əllərindən çəkilməmiş,Yıxıq könüllər tikilməmiş,qonur gözləriməqara torpaqlar tökülməmişunutdular, məni unutdular.

Görünmədim gözlərinə,göz görmədi, könül unutdu,bu dünyada yaman dərtdi-görünərsən, deyərlər, var,görünməzsən, unudarlar.

Düşünürəm öz dalımca,düşünürəm, gözüm dolur,Hamı səni unudandabu yalançı dünyadaölümlər gerçək olur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов