Qara-qara quşlara,yazıq-yoluq quşlaradəymə, dəymə-xoş getməz göyüzünə.Sədəf-sədəf, düymə-düyməbalıqlara dəymə, dəymə-xoş getməz dənizinə.

Qarğışdan, qara sözdən,pis üzdən, paxıl gözdən.göyüzündən, dənizdənanam sovur uşaqları,qovur, qovur uşaqları.

Göylərə qalxan deyiləm,dənizə baxan deyiləm.ağaca çıxan deyiləm-anam qoruyur məni,qovur, qovur uşaqları.

Tut dibi qarışqadı,ac daşıyır toxuna,tox daşıyır acına-tapdayarsan keçərsən,xoş getməz tut ağacına,

Tut dibi qarışqadı,ölüm hər qarışdadı,nə biləsən ki, anam,

bu dünyada gülən başqa,ağlayanlar başqadı.

Anam, mən xalıq deyiləm,dəryada balıq deyiləm,sizlərə layiq deyiləm-qoy oynasın uşaqlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов