Hər şair elə bilirdünyanın son şerinio yazacaq, o ancaq,bu dünyada şer də, söz dəonunla qurtaracaq.

Bəlkə bundadı ləzzətielə şer yazmağın da,bu böyüklükdə dünyanı,bu balaca külünglə –bu qələmlə qazmağın da.

Mən də hər an bir daharuh kimi uçub Allaha,söz kimi görünüb gözə,yoxladım dünyanın sözə,sözün dünyaya tabını,beləcə batıb günahamən də, mən də yazıb getdimdünyanın son kitabını.

Elə dünyadan qurtarcaqanladım insan alnınatale, alın yazısı yox,şer yazır Allah ancaq,anladım bu dünyadaən son şer Tanrı şeri,ən son kitabTanrı kitabı olacaq.

Anladım, Tanrım, anladım,Alnımız sənin üçünŞerin ən gözəl görünən,ən gözəl yazılan yeri,qələmin quş kimi süzən,min naz ilə gəzən yeri,xəttin eşqdən süzülən,eşqdən nazilən yeri.

Anladım biz hamımızbir tək ələ,bir tək qələmə tabeyik,Bütün alınlar yan-yanaAllahın şer kitabıyıq.

Hər şairin şeri dəTanrı şeri içindəyazı içində yazı,can içində can kimi,qəfil güllədən sıçrayıbən uzaq ulduza qonanyaralı ceyran kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви