Mən hara, dağlar, dəryalar, ümmanlar hara,zirvələr, sıldırımlar, dumanlar hara,mənimki balaca dağlar, balaca təpələrdi,balaca talelər, balaca kəndlər, şəhərlərdi,

Bu dünyada balaca, körpə hər nə varhəm bu dünyadan,həm də başqa dünyadandoğma kiməsə oxşar.

Min illərin yolçusu sular, bəlkə siz biləsiz,bir yanı Qara dəniz, bir yanı Xəzərbu Qaf oğlu Qaf dağı kimə bənzər?!İnciməsinlər, mənə zor gəlirbu boyda dağlar,xəbərləri olmaz, qartalları bircə anahardan uçar qonar ildırımlarına,üç günlük dumanınaqəribləri nədən min illər ağlar

Uca dağlar çox böyükdü,təkcə elə onları düşünməkmənim bu cansız canıma,qələmimə ağır yükdü,yazdıqca ağırlıqdan titrəyər qəlbim,ha qaldırsam da zirvələrdən sürüşərqələmim,sürüşüb qısılar yenə balaca dağların ətəyinə

min illərdi anamın çocuqluq qoxusugəlir ordan,nə yaxşı, nə yaxşı, min illərdi, böyümürmin illərin ən gözəl çocuğu anam,balaca dağlarla göyüzünün arasındaeləcə çocuq qalır hər an.

İnciməsin, inciməsin göyüzündətonqallaşannəhəng ulduzlarım, ayım, günüm,bir köynək şam işığıyla daha mərhəm,daha doğma, daha gözəl işıqlanırmənim könlüm,mənim anam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов