Bir an da dayanmadan, durmadanözünü göyüzünün görünməz qayasından atandəli yağış kimi, dəli su kimi,gecə-gündüz göyüzünə dırmaşandəlilərin dəlisi kimi sevdim səni,həm də göyüzünə dırmaşan dəlilərigöyüzünün hər sınıq pilləsində haqlayan,hər sınığı görünməz qanadıyla saxlayan,hər ulduzun hər an necə getdiyini yoxlayanbir gülməli ruh kimi sevdim səni,çünki mən belə sevə bilirəm ancaq,həm də başqa cürə sevmək mumkün deyil səni,həm də başqa cürə sevgi necə olur, bilmirəm.

Yenə sevib, sevib səni, sevgidən ölə bilmərəm,sevgidən ölmək sevgiyə son qoymaq kimi,sevgini ancaq ölümə bağlamaq,sevgini ölümə qıymaq kimi gəlir mənə,yəni sevginin Tanrı yox, insan yazanı kimi,sevgilərin ən azı, ən asanı kimi.

Bu gün yenə ağırlıq eləyir mənə,bu can, bu yerüzü, bu göyüzü,Tanrım, al bunların hamısını,doğulandan insan məhbəsindənazad eləmisən məni, duaçınam,bu yerüzündən, bu göyüzündən də-bu ikimərtəbəli məhbəsindən də azad elə məni,qoymurlar qalxmağa onlar məni yenədünyanın son göyüzündənsevginin son göyüzünə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви