Keçdiyim hər min ilinHəm əvvəli, həm də sonudünyanın sonudu deyəyamanca güclənir şeytan,min illik sevgiyçün uçubbaşlar dəydikcə göyəsevinir dincəlir şeytan.

Gecə-gündüz yeri yerə,Göyü göyə yığa-yığaHər min ildə bircə kərəTanrı dözmür tanrılığa.Həm dözmür, həm də bezir,Həm də yoxlayır bizləri,Haqq deyilən taxtdan düşür,Şeytan dırmaşır yuxarı,Həqiqətlər haqdan düşür.Göz yaşı basır dünyanı,axdıqca yaş yaşa çıxır,əl çalır şeytan sürüsü,ən baş şeytan başa çıxır.

Yox! Allah baxmaz zamana.Allah, Zaman ?! Gülməlidi.Allah zamansız olur,Zaman şeytan əməlidi.Zaman həm şeytan əməli,Həm də onun zindanıdı,Həm də, həm də qan damarı,Ömrümüzə, günümüzə,qolumuza bağlanan

saatlar da qandalları.Təkcə şeytan dediyiylədurub dolanammaz insan,bu dünyanı saxlamaqçüngərək Allah da olasan.Şeytan çox çalışar, ancaq,Dünya güc gələr şeytana,şeytan da yıxılan andaatar dünyanı insana.Deyər, cavab vermək çətinhər lal qəmin, dinməz dərdin,çəkilməz ahın yerinə,dünyanı yola vermək zorhəm şeytanın,həm də Allahın yerinə.

Beləcə, zamandan yanaBir An gələr, o bir AnaAllahın da, şeytanın dagücü keçər bir insana.O tək insan o bir Andaöz gücündən havalanar,öz suçundan dəli olar,buynuzu qapqara qanla,qanadı sevgiylə dolar,bir kimsə duymaz halını,hamıya buynuz göstərər,həm də sevər hamını.

Allahlığa, şeytanlığaBir an dözər insan ancaqçox dayana bilməz daha,o bir Anainsana keçib qayıdardupduru Allahlıq Allaha,dipdiri şeytanlıq şeytana.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви