Göyün titrəyir, göyünü tut, İlahi
Həm yordu öz-özünü,həm də yordu dünyanıbirdən yıxıldı bu ömür,indi heç özü də bilmirölür, ölmür?! Ölür, Ölmür?!
Yerüzündə dənizlərə,göyüzündə dağlaraqanad verib qaldıran quş,bir az da aşağı şığı,şığı, gözümün işığı,şığı, bu canı dimdiklə,ya da qaldır, bunu yenədümdüz elə, dimdik elə.
Yox, deyən ölməyib hələ,bu dünyanın hər yerindəhamı gözlətdi onu,deyən, ölüm də gözlədir,bəlkə ömründə bircə yolo da küsübdü Allahdan –öldüyünü gizlədir,susub dinmir bu ömürgözü axır, axa bilmir,Tanrım, bu ruh, Tanrım, bu ruhbirdən çıxmaq istəmir,göyüzünə bir az, bir azpillə-pillə qalxır, dəyir,Tanrım, bu ruh,göyüzünə qalxmaq deyil,
Göyüzünün sonunacanpillələr olmaq istəyir.
Tanrım! Tanrım! Bu ruhagöyüzünün sonunacanqalxan pillələr olmağa,qanadı qırıq ruhlaratitrəyən, əsən bu ruhlapillə-pillə çıxılmağabu ruhu tut,bu ruhun söykəndiyigöyün də əsir, titrəyir,göyünü tut, İlahi,ya da göyü titrəməyənbir dünyaya yıxılmağabu dünyanı bir yandan əy,ətəyini tut, İlahi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-goyun-titreyir-goyunu-tut-ilahi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O, ən ədəbsiz hərəkətinibəlkə də ömrünün ən ədəbli ilində,
Stalinin kölgəsiBütün ölkənin üstündəydi,ölkənin xəritəsi şəklindəydi o kölgə.
"Qırdı milləti bu nazirlər soveti" *O, dünyanın ən şirin günüNazirlər Sovetinin altında almışdı
Tərif yazan şairlər, tərif tabutdu, uzanır içinə ölkələr, hökmdarlar, xalqlarSiz ey tərif bülbülləri!Zəhərlənən insanımıza, havamıza,
Стихи других поэтов · О божественной любви
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
اقبلا هذا مکانی منعما لولا زمانیاسمعی یا نور عقلی صوت قلبی من لسانی
Şəhriyarın xatirəsinəBaşqa bir yolum qalmır-varıb, çıxıb getməkdən,Düşmənlərin yerinə dostları göynətməkdən.
AğlamaAğlamağı bacarırsan bilirəm,Gözlərinin yaşını bir silsənə.