Biz də, biz də itək bir-birimizdə
Siz də, siz də,axın, itin bir-birinizdə,axır itir su suda,torpaq torpaqda, ot otda,göy göydə, bulut bulutda,ləçəklər ləçəklərin,güllər güllərin altdaöpüşlər öpüşlərin,tellər tellərin altda.
Qolların quca çağında,dillərin beçə çağında,yanağında, dodağındaballar balların üstdə,ballar balların altda.
Bir min il də sarılalım,bir min il də lal olalım,sözü ancaq lal dillərləlal dillərdən alalımdillər dillərin üstdə,dillər dillərin altda.
Yer də göyün yarıdı,eşqi yağışı, qarıdı,hər iki dünyada daancaq eşqə sarıdıyollar yolların üstdə,yollar yolların altda.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-biz-de-biz-de-itek-bir-birimizde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağıllılar sizə göründükləri qədər ağıllı, ağılsızlar da siz düşündüyünüz qədər ağılsız deyillər.Göyüzünə qonan quş*
Oktyabr inqilabının 60 illiyinə*Mən yıxılmış bir ölkənin uçuğu,sevinci, hətta qəmi də alınmış
Brejnevin son illəri*Tankları döyüşən Əfqanıstana göndərirdi,yemək-içməyi ağlayan Ermənistana,
Gic imperiyaların gic intiqamıO, ən ədəbsiz hərəkətinibəlkə də ömrünün ən ədəbli ilində,