Hər şey boz-bulanıq, lil,hər şey can ağrısı yenə,nə pis başlandı bu min il,dur, tez qanadlanaq, uçaqbaşqa min ilin göyünə.

Uçaq, uçaq, yorulandaqonaq göyün yaxasına,milyon illər göyüzündəyan-yana yatan dağlartəkgedək eşq yuxusuna.

Gedək eşq yuxusuna,quş yuvada olantəkəlin əlimin içində,ancaq əlindən tutmadan,əlim belinin içində,ancaq belindən tutmadan.

Unudaq unutmadan,ayrılaq ayrılmadan,nə vaxtsa eşq yuxusununyuxusundan ayılsaq da,eşqindən ayılmadan.

Arabir də baxaq, görək,yer, göy əvvəlki deyilmi,eşqdən civildəyən hər şeyyenə «ancaq məni tap»,yenə «ancaq məni öp»,«ancaq məni sev», deyirmi?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви