Göyüzünün qatlarıynan,Başının bulutlarıynan,Boşuna umutlarıynanÜstümə dağlar yüyürür.Dağlar, yıxaram sizi!

Dağlarda sular dirilir,Sular yüyürür, yüyürür.Bir burulğan dibindəMənim halım sorulur.Buruq-buruq gələn çaylar!Çaylar! Yıxaram sizi!

Tozu qarışıb dumanına,dumanı dolub başıma,bir az da gümanıma.Qıvrım-qıvrım gələn yollar,Yollar! Yıxaram sizi!

Dağın olum, daşın olum,umudumun şəhəri,baş qoyum küçənə,sərxoşun olum,baxım altdan– altdan ötüb keçənə.Mənim ol! Umudumun şəhəri!Yıxaram səni!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов