Şairlər qəribdi bu yerüzündəKüçədə, bayırda, evdə, eşikdə,Meşənin içində, çölün düzündəOğul, qız yanında, ata yanında.

Qəribik, şairim, qəribik, sözüm,min illər sonra da ayrılıq yenə,qəmli axşamlartək enər göylərdənşairin qəbrinə, sözün qəlbinə.

Qəribik, şairim, qəribik, sözüm,qəriblik əksilmir gözlərimizdən,dünya doğma gəlmir gözlərimizə,qəmi yığmaq olmur sözlərimizdən.

Keçib gəldiyiGöyüzü kimidi şairin üzü-işığı saralar, buludu keçər...Hər gün könlümüzdən, ürəyimizdəngöyüzünə dönmək umudu keçər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке