Vətən –
Vətən – Tanrı sözü? Tanrı özü?Bütün kainat, bütün göyüzü, yerüzü?Bütöv Azərbaycan? Türk dünyası,İslam dünyası?Tanrıyla öyünən körpə su?Tüstüsü heyrətlə baxan ocaq?Qonşu toyuna on hasar oyana oynayan uşaq?Çatları ürəyimdəki çatlarlaüst-üstə düşən divar?Hamını hamıya sevdirdiyinidüşünən körpə dualar?........Hansı, hansı?Vətən hamısı, hamısı!Ruhum, canım, sus, sakit ol,Vətən ən çox səssiz sevgiylə şad olar,öləndən sonra da ruhda səssizcə yaşadılar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-veten
Клавиши ← → для перехода, R — случайное стихотворение