Bu dünyadan arzularına çatmadan köçənlərin xatirəsinə

– Qarı nənə, qarı nənə,Ağ yaylığın düşdü, nənə,– Daha nə gözlər var, nə yaşlar,Ağ yaylıq ağ gündü, oğul,Ölüm günündən başlar.-Qarı nənə, qarı nənə,Qırmızı yaylığın düşdü, nənə.-Qırmızı yaylıq toyundu, oğul,Kimi çağırmısan toyuna?Qoy oynasınlar onlarSöykəyib üzlərinibir-birinin çiyninə.-Qarı nənə, qarı nənə,Qara yaylığın düşdü, nənə.-Qara yaylıq ölümdü, oğul,Üşüyürsən, ört üstünə,-Qarı nənə, qarı nənə,Bağlama gözümü, nənə,Bir damla göz yaşı incidir məni,qoy onu ağlayım, nənə.-Gözünün son damlasıdı,oğul, incidir səni,O son damla göz yaşıHələ illərcə saxlayacaqgözlərinin çiçəyini,Qoy örtüm gözünü, oğul.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов