Min illərdi dünyaya öldürməkçün yox, yaşatmaqçün döyüşməyi öyrədə bilmirsən, Ataqılıncım.

Azərbaycan – göyüzündəÇiçəktək qoxlamağaAtaqılınc, Atabilək,

Qalxan düşmən ordusunu,Oxunu haqlamağaAtasinə, Atakürək,

Bir kimsəyə qoxlatmadanAllahacan saxlamağaAnagül, Anaçiçək,

Ən uca yuvalar üstdəYuvalar bağlamağaAnatel, Analələk,

Ən uca dualar üstdəDualar bağlamağaAnadil, Anadilək,

Göyüzündə diz çöküb,Üz sürtüb ağlamağaAnakünc, Anadirək,

Və hər an, hər an TanrınınKirpiyilə yırğalananAnabeşik, Anayüyrək –Hamımız içində körpə,Hamımız içində köyrək,Hamımız içində çiçək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов