Azərbaycan – göyüzündən asılmağa, qalxıb Allaha qısılmağa anakəndir
Özlərini asanlar tək günah eləmirlər, həmdə ayaqlarının ucuyla son təkanı verib donuqdünyanın çarxını hərəkətə gətirməyə çalışırlar
Kim dərdinin, qəminindəmindən gülə-gülə,kəmindən ölə-ölə,Kim də bezib biryolluqÖzünü asıb dolanır,Kim təptəzə kəndirlə,Kim də çox kasıb dolanır.
Kim boynunu ətirləyib,kəndirini ütüləyib,ayağının bir ucuylabu dünyanı itələyib,«Ölüm Ana, gəldim» – deyibAnayurtdan, Anadərtdənayağın üzüb dolanır.
«O, həm ov, həm ovçu» – deyin,Ovçunu tez təbrikləyin,Elə ova da baş əyin,İlk ovudu ovçu bəyin –Öz boynuna kəmənd atıbÖmrünü kəsib dolanır.
Qoca kimi qocalmayıb,Gənc kimi də gənc olmayıb,Yerdə bir gün dinc olmayıb,Şükür, kef çəkir indi,Bir özüdü, kəndiridi,Göydə gəzib dolanır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-azerbaycan-goyuzunden-asilmaga-qalxib-allaha
Клавиши ← → для перехода, R — случайное стихотворение