Daha heç kim heç nə istəməsin bu dünyadan
Daha heç kim heç nə istəməsinbu dünyadan,baxıb, baxıb, yandım halınıza,istədiklərinizin hamısını ürəyimdən kəsib,ürəyimdən düzəldib verdim hamınıza.
Qorxmayın, gecələr də yatmıram daha,dayanıram başınız üstdə əsə-əsə,qorxuram bircə an yumam gözlərimi,xoşbəxtliyinizdən azala nəsə.
Ancaq, Siz Allah, bəsdi, bəsdi daha,buraxın sızıldamağı, ağlamağı, ahı,hər gün nəsə istəyib yenənarahat eləməyin Allahı,sizin əlinizdən Allahın ətəyində dəyer qalmayıb yetimlərə, yazıqlara daha,nolar, bir az da siz rəhm eləyin Allaha,qoyun çiçəklərin Allahtək açdığı bu yazaçdırdığı çiçəklərə baxsın doyunca,rahat olsun Allah da bir az.
Xoşbəxtlik – xoşbəxt olmaq deyil,öz ürəyində xoşbəxt eləməkdi hamını,hamını hamının ürəyində xoşbəxtetməyincəəl çəkən deyiləm sizdən,ha deyinin, ha deyin bu adam divanədi,dəlidi,bilin, hamını bir ürəkdə xoşbəxt eləməkhamıdan xoşbəxt olmaqdan irəlidi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-daha-hec-kim-hec-ne-istemesin-bu-dunyadan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kim dostlarını necə tanıyırsa,dünyanı da eləcə tanıyır,
Özündən gözəli yaratmaq – Tanrılıq bu elə bəlkəGözüm yenə hər şeyiincəbel bir bulağın
Balaca, körpə, şən dualarÜrəyimin ən qanadlı göyündənmin illərdi dünyaya
Sevgiİlahi hamını həm qul, həm də sultan ola bilmək üçün yaradır. Yazıq o kəslərə, yaradılışın, Allahın əksinə gedib ancaq qul olmağın yolunu tuturlar.Bu dünyada şah, sultan ola bilməsən də, qəm çəkmə, Sevginin şahı, sultanı olmaq şansın həmişə var. Lap yetmişində, yüzündə də:
Стихи других поэтов · О божественной любви
Başına döndüyüm alagöz Pəri,Tanrı səni məndən ayrı salmasın.
Asivü bədəməlü rusiyəhü xaram mənEy xuda, sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eyləyib ağlaram mən.
Mələk yavrusuGözlərin ilahi ulduzlar kimi,Saçın qızıl günəş, üzün bəyaz Ay,
MənəmDüşmüşəm qəm dəryasına ummanda üzən mənəm,Röyada çərxi aləmi dövr edib gəzən mənəm.