Mələk yavrusu
Gözlərin ilahi ulduzlar kimi,Saçın qızıl günəş, üzün bəyaz Ay,Gəlişin sevimli ilk bahar kimi,Haray gözəlliyin əlindən, haray!
İstəsən gözümdən bulaq çəkərsən,Qasırğa səndədir, ümman səndədir,İstəsən köksümə min dağ çəkərsən,Dağ səndə, sel səndə, duman səndədir.
Qarşıma səd kimi çıxar hər divar,Çıxsa da ömrümün fərmanı birdir.Zavallı könlümün minbir dərdi var,Minbir dərdiminsə dərmanı birdir...
Canlı qönçələrmi gül dodaqların?Qızılgül ətri var gül nəfəsində.Gülən dan yeridir al yanaqların,Ruhumun səsi var sənin səsində.
Bilmirəm, olubmu mələk yavrusu?Mələk yavrusunu dansan da, sənsən!
Sənsən yer üzündə sevgi tanrısı,Tanrı da, mələk də, insan da sənsən,
Əbədiliyinlə, əzəlliyinləZaman da səndədir, məkan da səndə!Sən bir kainatsan gözəlliyinlə,Rəfiqin də səndə, Zəkan da səndə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-melek-yavrusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gələcək bir gün, əminəm, o gözəl gün gələcək,Yurdumun haqlı səsi haqqa qədər yüksələcək!
Dağların qurdlarıdır qartallarDağların qurdlarıdır qartallarİlbəil müjdə kimi artarlar.
Qulaqları bir sos kimi dolduranQulaqları bir sos kimi dolduranCan xitabı olmalıdır şairin.
Umulmaz zəfərYoxdu ərdəmli oğullarda o gün hey sanki,Güllələrdən gərilən duyğuları key sanki,
Стихи других поэтов · О божественной любви
Yazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan?
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
BaxBizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,
Uzun dəryaBəh-bəh, kənə bu çay nədəndir? Bu yəqindir ki, bunun əslini Allah yaradıb xəlqə, vəli Kızlı imiş tapdı bu dürri-ədəni, xarici məzhəb.Edib afaqə huveyda, salıb aləmlərə ğovğa qılıb hər işrəti icad eyləyib, Çayi-Xətanı adını qoydu Xətayi, belə pərmikər xətadır bu xətayı.