Dünyanın ən iri gözü, ən iri çayı, dənizi
Tanrım, əsirlikdə başları kəsilən şəhidlərimizin son baxışlarıyla göyüzünün hərəkətini onların son anda gözlərini zillədikləri yerdəcə durdurdun, beləcə, zamanı da dayandırdın. Bu dünyada daha heç kəs qocalmır. Şəhid anaları da elə həmin andakı şəkillərindəcə qalıblar, saçlarında bircəcə dən də artmayıb, çünki şəhidlərimiz gözlərini göyüzünə zilləyib göyüzünün hərəkətini, həm də zamanı dayandırmaqla anaların saçlarını ağarmaqdan, üzlərini qırışmaqdan qorudular. Yoxsa anlar axıb getdikcə, analar da axıb gedəcəkdi, saçları ağlarda, üzləri qırışlarda itəcəkdi və mənim başım da hər an yenidən kəsiləcəkdi, elə kəsilən kimi də boynum dünyanın ən iri gözünə, o gözdən axan çay isə dünyanın ən iri çayına, dənizinə çevriləcəkdi.
– Canımın harasındasa,öz canımdan da gizlisıxıb gizlədibmiş canımbu boyda çayı, dənizi,canım canımdan,qanım bədənimdən gizliaşıb daşırmış, Ana,düşmən kəsə bilməmiş,başımı bədənimdəneşq çayı, eşq dənizicoşub aşırmış, Ana.– Sənin ən iri gözünüçiynin gizlədibmiş, bala,çayını, dənizini
boynun gizlədibmiş, bala.– Elə çiynimdəki gözümünkirpikləri açılan andagördüm üzündə üzüm, Ana,elə o an yerə kök atıbqaldırdı məni dizim, Ana,açıldı bulağın gözü,axdı qalxdı bədənimdəneşq çayı, eşq dənizi.– Çayın çiçək, oğul, dənizin çiçək,hələ min illərcə sənin ilk sevgintəkçayın dənizini,dənizin çayını sevəcək– Gördün, oğlun necə oğuldu, Ana,gördün eşq çayımda, eşq dənizimdədüşmən necə batdı, necə boğuldu, Ana?!– Sən eşq çayı, eşq dənizi olan kimiqaçdım sahilinə sənin,qucaqladım bircə-bircəhər dalğasını dənizinin,hər dalğanın içində əlin əlimə dəydi, oğul,sən nurdan əl,sən nurdan dəniz, nurdan çaydın, oğul.– Elə çiynimdəki gözüm açılan andaaçıldı o biri iki gözüm də, Ana,elə o anda, elə o andagördüm Tanrının üzünü, Ana,elə o andan, elə o andanheç bir an da nəfəs almadan,heç bir an da kirpik çalmadanbaxıram, baxıram Tanrının gözlərinə.– Sən Tanrının gözlərini gördüyünmin ilin, milyon ilin hər anı, hər günüəyilib öpən kimi sənin gözünüqalxıb öpürəm göyüzündə
sənin elə hey baxdığin yeri-Tanrının tək səninçün ayırdığı,tək sənə verdiyi göyüzünü– Canım canımdan gizlibu boyda çayı, dəniziharda daşıyırmış, Ana?!– Bu boyda çayı,dəniziqantək daşımırmış canın,canında eşqə çeviribeşqtək yaşayırmış, bala.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-dunyanin-en-iri-gozu-en-iri-cayi-denizi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Keçdiyim hər min ilinHəm əvvəli, həm də sonu
Qarışqa olmaq istəyən şahŞah sarayında doğuldu o,tənha şaha tənha oğul oldu o,
Rəqs edək, rəqs edək doğulandan ölənədəkGəlin rəqs edək, rəqs edək!Hamımız birdən, eyni anda!
Gecə kəpənəyi, gecə şimşəyiÜrəyini ancaq sevgiylə naxışladığından,Bütün günahkarları bağışladığından,
Стихи других поэтов · О любви
Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola,Bülbül aşiqdir, gərək eşq əhlinə azar ola!
QılmısanEşitmişəm bir neçə əhvalmı,Bir özgəyə əhdü-vəfa qılmısan.
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...
Qəzəl: Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranıQəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani