Çün yola düzəldi, Yaş getdi,Əql ilə rəvanü baş getdi.Axdı, yeridi besuyi-dildar,Mərdümək adı, özü göhərbar.Qılmadı bu yolda bir dəm aram,Sidq ilə işimə qıldı ehram.Xub sürdü rikabın ol vəfadar,Ol gülşənə yetdi k-ondadır yar.Görgəc anı çəkdi atı başin,Səncidə qılurdu içü daşin.Heyrət gözü birlə baxar idi,Yar suyinə könlü axar idi.Qılmaqda tamaşa gülstanəOldu gözü tuş bağbanə.Çün gəldi yanına bağbanın,Sordu xəbərin nədir nişanın.Der: – Qasidəm ol şikəstə zarəKim, aşiq olubdur ol nigarə.Lütf eylə yeri, bu bəndədən var,Ərz eylə ana dilimdən əsrar.Degil yenə gəldi özgə qasid,Təhqiq gəlibdir ol nə qasid.Bir töhfə əlində gövhəri var,Arizdir özüvü cövhəri var.Gər mehr qılursa sərvi-dilcu,Bağına həmişə bağlayım su.Çün ona bu növ’i rüşvə verdi.Naziklik işinə işvə verdi.Tez vardı, nigarə söylədi ol.Ol sevgili yarə söylədi ol.Der: – Yenə sizə rəsul gəlmiş.

Ba tövrəvü ba üsul gəlmiş.Pak eyləmiş ol üyuni-zati,Bənzər kişi oğluna sifati.Bir töhfə əlində gövhəri var,Özü əvəz əldə cövhəri var.Dedim: – Nerədən gəlürsən, ey yar?Aydır ki, zi aşiqi-cigərxar.Dildar yenə itabə düşdü,Zülfi təki piçü tabə düşdü.Der: – Var, degil ki, getsin anı,Algil mana əldə tərcümanı.Var de, desin ol cəfagüzinəQatımda özü nədir, sözü nə?Çox etmə şikayə firqətimdən,Qurtarmanam anı hirqətimdən.Məndən apar ana naümidi,Ta dutmuya vəslimə ümidi.Bu şe’rimi qılsun anda ağaz,Dutmaya ümidi mehrimə saz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви