Yeriyəndə quşların ayaqlarındanizlər qalantək yerdəuçanda qanad izləri qalır göylərdə.

Quşların göylərdəki qanad izlərinəyalın ayaqlarını qoya-qoyagöyüzündə hər gecəyarıgəzir, gəzir tənha adamların ruhları.

Qanad izlərinin arasındanizlərə toxunmadan düşür ulduzlar,düşürlər ruhları incitmədən,ruhlara qıymadan,düşərkən qəfil görüb sevdikləritənha ruhlardan doymadan:– Ey tənha ruh, sevirəm səni,dönəcəyəm, dönəcəyəm,bir min il də gözlə məni.

Həm də bu dünyadakiminsə kimisə sevməyinəən çox o tənha ruhlar sevinərlər,həm də, həm dəyer üzündə hamıdan az,göyüzündə hamıdan çox onlar sevilərlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов