Gəldim dünyaya sevgi günü,gəldim gücləndirdim sevgini,elə gələn kimi dəürəklərə verdim ürəyimi,ürəklərə qatıldı ürəyim,üzümü qoydum üzlərə,üzlərə qatıldı üzüm,şer yazdım,şerlərə qatıldı şerim,sevdiklərimi sevdim dönə-dönəsevgilərə qatıldı sevgim,hər sevgim döndü bir məzhəbə, bir dinə,beləcə, dünyaya bu gəlişimdə dəmin məzhəbli, min dinli oldum yenə.

Öldüm, ölümüm qatıldı ölümlərə:– Xoş gördük, canım-gözüm ölülər,gəldim qatılım ölümünüzə,bağışlayın, ölümümdən başqao dünyadan heç nə gətirmədim sizə,üzüm üzlərə qatıldı qaldı,ürəyim ürəklərə,şerim şerlərə,ancaq məndən sonra daha çoxölümsüz olacaqlar ölülər,hər iki dünyada dasevilmədən daha çox sevəcək dəlilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви