Mənim də qanadım ol, qara bulud,məni də qaldır qat yağışına,nolar, hərdən mənim də yağışımı yağdırxəlbirindən aşıb daşa-daşa,mənim də yağışımı tumarla, oxşa,lap elə ən dərdli adam da xoşallanar,dəli də ağıllanar tumarlananda.Nolar, tumarlaya-tumarlayahər yağış damlasındanbir körpə günəş çıxart mənə,qoy böyüsünlər görüm necə böyüyür onlar,qoy min, milyon günəşim olsun mənim.Niyə, axı, bu dünyada mənim varım-yoxumancaq şerim olsun,nolar, bu dünyada mənim də hamıdan çoxnəsə bir şeyim olsun.

Mənim də canıma dol,dağların, dənizlərin canına dolan külək,mənə də öyrət hər şeyə qanad veribsevinməyi,mənə də öyrət ağacların saçında,boynunda,xanımların qoynunda gizlənib sevilməyi.

Mənim də laylam ol, layla ana,bu dünyada hər şeydə sevgi görməyi,hər şeyini sevgiyə verməyi,yəni ölümsüz olmağı sən öyrətdin mənə,ancaq yaman yorğunam, yuxusuzam,laylam,

min illik, milyon illik sevgiyəçatmaz gücüm,görünür, hələ də insanam,çox yorğunam, yuxusuzam,başımı qoyub dizinəmin il sonrakı sevgilərə ayılmaqçünayılmadan yatmaq istəyirəm yenə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви