Göyüzündən enən çiçək
O hansı ildi, hansı gündü,gözəl gözlər ağlarkən güldü?!Qapandı qara-qorxununÇoxdan qapanılası gözü,ilişikdən qurtarmışbir bayraq kimiaçıldı göyüzünə «Bəraət» sözü.Yapışıb bir işıq telinəGöyüzündən bir çiçək endi.Endi yavaş-yavaş o çiçək,endi Tanrı yanından aşağı,endi o böyük insan alnından aşağı.
Endi, döndü bir uşaq əlinə,Neçə illərdi bir cüt qəmli gözaçıq qalmışdı göyüzünə,endi uşaq barmaqlarıyavaş-yavaş o gözlərə sarı.Barmaqlar toxununcatitrədi o qəmli gözlər,titrədi, qapanmadı...O balaca əl təzədəndöndü bir çiçək gözünə,günahkartək çəkildi göyüzünə.
Uşaq barmaqlarıyla daqapanmadı göyüzünə açıq gözlər,toxunma, Adəm oğlu,insan barmağında köz var.Budağı sınıq bir qoca çinar,canı uçuq bir divar,Adəmdənqalma hər nə varcanlarında əbədi uçuşgöyüzünə qovuşmuş,toxunma, silkələmə göyüzünü,ulduzlar düşər, sənin də taleyin ağlar,toxunma göyüzünə,göyüzündə nə qədər qar varsilkələdiyin andasənin də qapqara saçına yağar.
Toxunma, toxunma, Adəm oğlu,Yaxşı ki, Allah gücü yoxdu səndə,yoxsa yolundan çıxarardındağları, düzləri,çayları, dənizləri də.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-goyuzunden-enen-cicek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tanrı düzəntək yanbayaninsan da hər an həm tikan,
Adamların çoxu həm Allahlı, həm də Allahsız olurAdamların çoxu həm Allahlı, həm də Allahsız olur. Əslində, bu cür Allahlı olmaq da elə Allahsızlıqdır. Allah bütövlük, tamlıq sevir. Elə torpaq da, Vətən də. Biz özümüz bütöv olanda Allah da bizi bütöv görəcək – Azərbaycan da Bütöv olacaq.İLAHİ, mən indi bilirəm, insanın, həm də onun vətəninin özünü harada və necə görməyi əsas deyil, əsas Sənin onu harada və necə görməyindir.
Sənin elə varlığın, tək, ölümün yoxluğu deməkMən indi bilirəm, İlahi, Sən niyə elə hey mənə «Ölüm yoxdu!», «Ölüm yoxdu!» – dedizdirirdin, məni hər an ölümdən yox, ölümsüzlükdən danışdırırdın. Sənin varlığın elə ölümün yoxluğuymuş.
Sənin varlığın elə ölümün yoxluğuymuşÖlüm ancaq, adamın ölməyə və qorxmağa vaxtı qalmadığı bir çevrilmə anıymış, adamın azad ruha çevrildiyi, göyüzünün bir parçası, həm də göyüzünün özü olduğu, təkcə Allahı duyduğu bir anmış ancaq. O anda, Tanrım, mən Sənin bütün Kainatda yatan heç bir canlını diksindirməməkçün səssiz bir sevgiylə bütün Kainatın üstünə örtdüyün göyüzünə necə toxunduğunu duyunca, diz çökdüm, ancaq yerüzü dizlərim altından sürüşüb getdi və göyüzündə, Kainatın ortasında diz üstdə tək-tənha qaldım. Elə o anda Sənin də ordan uzaqlaşdığını duyunca heç özüm də bilmədim, nədən dəhşətə gəlmədim.Mən indi bilirəm, indi bilirəm, İlahi, Sənin bir yandan məndən uzaqlaşdığını duyduğum anda Sən milyonlarla yandan mənə yaxınlaşıbmışsan. Həm də bilirəm, İlahi, insanın özünü harda və necə görməyi əsas deyilmiş, əsas Sənin onu harda və necə görməyinmiş.
Стихи других поэтов
Mən bir söz söylərəm arif yanında,Sözüm yerə düşüb bimiqdar olmaz.
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Mürəbbe: Sevdim bir cavan on dörd yaşındaSevdim bir cavan on dörd yaşındaO tərfə çağına qurban olduğum