Sənin varlığın elə ölümün yoxluğuymuş
Ölüm ancaq, adamın ölməyə və qorxmağa vaxtı qalmadığı bir çevrilmə anıymış, adamın azad ruha çevrildiyi, göyüzünün bir parçası, həm də göyüzünün özü olduğu, təkcə Allahı duyduğu bir anmış ancaq. O anda, Tanrım, mən Sənin bütün Kainatda yatan heç bir canlını diksindirməməkçün səssiz bir sevgiylə bütün Kainatın üstünə örtdüyün göyüzünə necə toxunduğunu duyunca, diz çökdüm, ancaq yerüzü dizlərim altından sürüşüb getdi və göyüzündə, Kainatın ortasında diz üstdə tək-tənha qaldım. Elə o anda Sənin də ordan uzaqlaşdığını duyunca heç özüm də bilmədim, nədən dəhşətə gəlmədim.
Mən indi bilirəm, indi bilirəm, İlahi, Sənin bir yandan məndən uzaqlaşdığını duyduğum anda Sən milyonlarla yandan mənə yaxınlaşıbmışsan. Həm də bilirəm, İlahi, insanın özünü harda və necə görməyi əsas deyilmiş, əsas Sənin onu harda və necə görməyinmiş.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-senin-varligin-ele-olumun-yoxluguymus
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Göyündə bir az yana gedən dünyamı öz göyünə qaytarmaqçün mənə güc vermiş balaca dostum Fərid bəyə və Zümrüd xanıma*Dünya səndən bezəndə
Tabut kürsüsüXitabət kürsüsü-dikinə çevrilmiş tabut.
Min il sonrakı kimiMin il sonrakı kimiyenə də dərdlər açdı,
Dünya bu şairin də üstündən yol elədiMən şeirin göyüzünə tuşlanan güllədənvurulub düşmək istəyirəm,
Стихи других поэтов · О божественной любви
Əlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
MünacatVarlığımla, ürəyimlə,Hissim, duyğum, diləyimlə,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Uzun dəryaBəh-bəh, kənə bu çay nədəndir? Bu yəqindir ki, bunun əslini Allah yaradıb xəlqə, vəli Kızlı imiş tapdı bu dürri-ədəni, xarici məzhəb.Edib afaqə huveyda, salıb aləmlərə ğovğa qılıb hər işrəti icad eyləyib, Çayi-Xətanı adını qoydu Xətayi, belə pərmikər xətadır bu xətayı.