Göyündə bir az yana gedən dünyamı öz göyünə qaytarmaqçün mənə güc vermiş balaca dostum Fərid bəyə və Zümrüd xanıma

Dünya səndən bezəndəsən də dünyadan bezibendirərsən başınıyorğun-arğın dizinə,bir uşaq əlləritoxunacaq üzünə.

Söykəyərsən başını,qırış-qırış üzünü,qıyma-qıyma gözünü,itdən-qurtdan,qəmdən-dərtdən,dostdan, tanışdandastan-dastan alın yazınıbir uşaq əllərinə,endirərsən başınıböyük dualar üçünbu balaca əllərə,Böyük andlar içməyə,Günahlardan keçməyəEndirərsən başını.

Haqq qapısın açmağaqanadlanar mələyin,elə bəlkə,ancaq o ələ görəbağışlanar günahın,qəbul olar diləyin.

Ancaq yenə, yenə dəDünya səndən bezəndəSən də dünyadan bezibfit çala-çala gəzibendirərsən başınıyorğun-arğın dizinə,bir uşaq əlləritoxunacaq üzünə.Söykəyərsən başınıo uşaq əllərinə,saxlarsan göz yaşınıo uşaq əllərindən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов