Mən bütün bunlardan sonra anladım, İlahi, şeir, kitab, söz yoxumuş, yerüzündən göyüzünə min bir yana, hamısı da Sənə doğru sonsuz yollar, sonsuz uçuşlar, sonsuz sevgilər varmış ancaq. Həm də anladım, qanad uçmağa, səs oxumağa, söz yazmağa, insanın özüyçün duası Allaha mane olurmuş. Həm də insan özü duymadan Kainatın lap qırağında, göyüzünün yıxılan, axan bir yerindən heç vaxt görmədiyi, bir qəribə körpə varlıq hər an dönə-dönə dua edir ona... Həm də o sevgili körpə elə bilir dua oxuyan Allah özüdür, o isə ancaq duanın hər insançün hər an bir ayrıca oxunduğunu duyur və buna sevinir.

Yıxılırkən özündən başqa hamıya dua açıb sevinənlər, bütün dünyanın üstündə duaları çiçəktək açılanlar, Sizinçün sonsuz göyüzünə

Sonsuz yollar, sonsuz uçuşlar, sonsuz sevgilər:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви