Coşdu dili, könlü coşdu,Coşum həddən aşdı daşdı,Dirtaqdan aşığa düşdü,Yanarmən əsli mən yanarmən.

Uca dağdan endik düzə,Sürmə çəkmiş ala gözə,Odlu gündür dandı dizə,Yanarmən əsli mən yanarmən.

Yalvarıram ol Xaliqə,Gəl baş qoşma nabalığa,Od gəlibdir ortalığa,Yanarmən əsli mən yanarmən.

Bağda bitməz al güllərin,Lal olubdur bülbüllərin,Sən yandırma ağ əllərin,Yanarmən əsli mən yanarmən.

Mən yanarmən əsli baxar,Ciyərin odlara yaxar,Eşq odu təpmədən çıxar,Yanarmən əsli yanarmən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов