Hamının paxıllıq elədiyi adamhər gün bir az, bir azgöyüzündən yığdı qanadlarını yanına,yığdı, yığdı, sondaqanadları balaca gəldi ona.

O elə bilirdi ancaqbütün göyüzü onun qanadlarıdı,onu hər gün bir az, bir az yığır yanına.Xəbəri olmadı ancaqgöyüzü eləcə qaldı göyüzündə,göyüzünü yığarkən bir lələyi dədüşdü qaldıgöyüzünün mavi düzündə.

Göyüzünü yığa bilməyincəYığdı, yığdı qanadlarınıbir güllənin ağzına,Yığdıqca, güldü ölümü,açıldı güllə,açıldı ölümün bəbəkləritək,bir anda göyüzünə dağıldı ömrügüllə lələkləritək, güllə lələkləritək.

İnsan barmağı incidərdigözündə gizlənən dərdi,Tanrı göyüzündəno dərdin son lələyinio dərdin gözləriniqapamağa göndərdi.

O qədər tənhaydı, o qədər təkdi-görcək gözü yaşardı ölümün də,çıxdı o dərdin canından,diz çökdü önündə.

Ölümündən başqa kimi vardı onun?!Kimi vardı?!Ölümündən başqa göyüzününmavi düzündəbir körpə lələyi vardı,bir körpə lələyi vardı.

Bəlkə o körpə lələyin,bəlkə özünü öldürə bilməyinpaxıllığını çəkirdilər adamlar?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти