Bir bu göz yaşı qalmışdıaxır ki, qaçıb, qaçıbkeçdin son göz yaşını sən,təbrik, daha qəmin yox,daha bütün qəmlərindostusan, tanışısan.

Daha nə qəm var aşmağa,nə də həvəs danışmağa,bəlkə bir dədünya dönə danışasan,lap elə dünya dönsə dəhamı hər şeyi bilir,kimə nə danışasan?!

Canın da yox yorulmağa?!Canın yoxsa,canı hardan aldın bəs,canı bədəndən atmağa?!Deyən, gözün də yumulmur,yuxun yoxdu, heç olmasa,bir şirincəölümün varmı yatmağa?!

Canın yoxsa, söylə necəmin illərdi qaça-qaçacanımdakı, gözümdəkiqırışları aşırsan,day qoca fəndi qaç, qoca,xəbərin yox, bu dünyanınən qoca göz yaşısan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов