İnanmırsan? İnanma sevgiyə! Yoxdu sevgi!Ancaq bir gün gələcək,hara getsən görəcəksən,sevməyənlər hamısı təkdi bu dünyada,təkdi, tənhadı, yalqızdı!

İndi xəbərin yoxdu,Bir gün qəfil duyacaqsanulduzların arasında bu dünya kimisən də tənhasan, yalqızsan, təksən,Təksən! Təksən! Təksən!Bax onda baxmayacaqsan,hamıdan az sevirlər səni,sən hamıdan çox sevəcəksən.

Sevgi alacaq səni, atacaq səni,çırpacaq güllərə, tikanlara,sevginin gücündəntikanlar güllərdən yumşaq gələcək sənə,heç xəbərin də olmayacaq ondabu dünyada hamınıhamıdan çox sən sevəcəksən!Sən sevəcəksən.

Sevəcəksən, sevəcəksən, görəcəksənbir zamanlar özün,tək, tənha, yalqız olantəkindi də sevgin qəmin əlində,qəmin tütəyində, qəmin dilindəkamançatək, tütəktək təkdi,Təkdi! Tənhadı! Yalqızdı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви