Görmədim
Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,Hər nə gördüm, əyri gördüm, özgə babət görmədimAşinalar ixtilatında sədaqət görmədim,Biətü iqrarü imanü dəyanət görmədim,Bivəfadan lacərəm təhsili-hacət görmədim
Xah sultan, xah dərvişü gəda bilittifaq,Özlərin qılmış giriftari-qəmu dərdü fəraq,Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq,Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq,Kizbü böhtandan səvayı bir hekayət görmədim
Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl,Cümlə məkrü alü fənnü fitnədir, cəngü cədəl,Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl,Müqtədilərdə itaət, müqtədalərdə əməl,Bəndələrdə simu bəylərdə ədalət görmədim.
Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,Hansı qəmli könlü kim, sən edər olsan şadiman,O sənə, əlbəttə ki, bədguluq eylər, bigüman,Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman,Bulmadım bir dost ki, ondan bir ədavət görmədim.
Alimü cahil, müridü mürşidü şagirdü pir,Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir,Həqqi batil eyləmişlər, işlənir cürmi-kəbir,Şeyxlər şəyyad, abidlər abusən qəmtərir,Hiç kəsdə həqqə layiq bir ibadət görmədim.
Hər kişi hər şey ki, sevdi, onu behtər istədi,Kimi təxti, kimi taci, kimi əfsər istədi.Padşahlar dəmbədəm təsxiri-kişvər istədi,Eşqə həm çox kimsə düşdü vəsli–dilbər istədi,Heç birində aqibət, bir zövqü rahət görmədim.
Mən özüm çox kuzəkarı kimyagər eylədim,Sikkələndirdim qübari-tirəni zər eylədim,Qara daşı döndərib yaquti-əhmər eylədim,Daneyi xərmöhrəni dürrə bərabər eylədim,Qədrü qiymət istəyib, qeyr əz xəsarət görmədim.
Eyləyən viranə Cəmşidi-Cəmin eyvanını,Yola salmış, bil ki, bəzmi-işrətin çəndanını,Kim qalıbdır ki, onun qəm tökməyibdir qanını,Dönə-dönə imtahan etdim fələk dövranını,Onda mən bərəkslikdən özgə adət görmədim.
Gün kimi bir şəxsə gündə xeyr versən səd həzar,Zərrəcə etməz ədayi-şükri-nemət aşikar,Qalmayıbdır qeyrəti şərmü həya, namusu ar,Dedilər ki, etibarü etiqad aləmdə var,Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim.
Müxtəsər kim, belə dünyadən gərək etmək həzər,Ondan ötrü kim, deyildir öz yerində xeyrü şər,Alilər xaki-məzəllətdə, dənilər mötəbər,Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər,İşlənən işlərdə ehkamü ləyaqət görmədim.
Dövlətü iqbalü malın axırın gördüm tamam,Həşmətü cahü cəlalın axırın gördüm tamam,Zülfü ruyü xəttü xalın axırın gördüm tamam,Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,Başədək bir hüsnü-surət, qəddü qamət görmədim.
Ya imam-əl-insü vəlcinnü şahənşahi-ümur,Getdi din əldən, bu gündən böylə sən eylə zühur,Qoyma kim, şeytani-məlun eyləyə imanə zur,Şöleyi-hüsnünlə bəxş et tazədən dünyayə nurKim, şəriət məşəlində istiqamət görmədim.
Baş ağardı, ruzigarım oldu gün-gündən siyah,Etmədim, səd heyf kim, bir mahi ruxsarə nikah,Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah,Vaqifə, ya rəbbəna, oz lütfünü eylə pənah,Səndən özgə kimsədə lütfü inayət görmədim.
Я правду искал, но правды снова и снова нет.Все подло, лживо [?] криво — на свете прямого нет.Друзья говорят — в их речи правдивого слова нет,Ни верного, ни родного, ни дорогого нет.Брось на людей надежду — решенья иного нет.
Все вместе и каждый порознь, нищий, царь и лакей —Каждый из них несчастлив в земной юдоли своей.Их всех сожрала повседневность, оторванность от людей,И сколько бы я ни слушал бесчисленных их речей —В них, кроме лжи и неправды, смысла второго нет.
Странный порядок в силу у сильных мира вступил:Чье бы печальное сердце ты ни развеселил,Оно тебе злом отплатит, отплатит по мере сил,Им неприятен всякий, кто доброе совершил,На целом огромном свете мне друга родного нет.
Ученый и с ним невежда, учитель и ученик —Снедаемы все страстями, в плену у страстей одних.Истина всюду пала, грех повсюду проник,Кто в молл и шейхов поверит, тот ошибется в них.Ни в одном человеке чувства святого нет.
Всякий чего-то ищет, погонею поглощен,Ищут себе престолов, венцов, диадем, корон.Шах округляет земли — за ними в погоне он.Влюбленный бежит за тою, в которую он влюблен.Ни радости нет на свете, ни прочного крова нет.
Алхимиками я сделал множество гончаров.В золото обращал я прах забытых гробов,Из [?] я делал яхонт, с камня срывал покров,В бриллианты мог превращать я бляхи на шеях ослов,Признанья искал, но мир мне ответил суровый — нет!
Тот, кто дворец Джамшида в развалины превратил,Тот веселье и счастье безжалостно поглотил.Нет никого, кто б в горе кровь свою не пролил,Сам я не раз жестокой судьбою испытан был.Повсюду царство коварства — и царства другого нет.
Тут на людей, как солнце, свой излучаешь свет —Помни, что слов признанья в радостной вести нет.Честь, благородство, стыдливость давно уж утратил свет.Услышали мы, что где-то найден честности след,Я долго искал и знаю: чувства такого нет.
Я мир такой отвергаю, он в горле стал поперек,Он злу и добру достойного места не приберег.В нем благородство тщетно: потворствует подлым рок,Щедрости нет у богатых — у щедрых пуст кошелек.И ничего в нем, кроме насилия злого, нет.
Я видел конец надежды, мечтаний конец пустой,Конец богатства и славы с их земной суетой,Конец увлеченья женской, невянущей красотой,Конец и любви, и дружбы, и преданности святой.Я знаю, что совершенства и счастья людского нет.
Потухли глаза, старею, жизнь черней и черней.Сколько красавиц мимо прошло за тысячи дней!Дурною была подруга, погублено счастье с ней!Аллах, одари Вагифа милостию своей:Ведь, кроме тебя, на свете друзей у больного нет.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-gormedim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Məni bir qaşı kəman oxladı müjganı iləMəni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.