Bəlkə bir gün geri dönüb
Bəlkə bir gün geri dönübYa qürbətdən, ya həbsdən,Sənin evdə olduğunuDuyacağam ilk nəfəsdən.
Ayrılıq sona yetəcək,Amma qəlbdə qəm bitəcək,Sevinc bayramı bitəcək,Ya gərəkdən, ya əbəsdən.
Birgə ömür sürəcəyik,Quştək yuva hörəcəyik,Ancaq birdən görəcəyik,Qanadlar düşüb həvəsdən.
Görəcəyik olan olub,Ayrılıqda çox şey solub,Aramıza illər dolub,Küsməyə dəyməz heç kəsdən.
Kölgəm parklarda qalacaq,Günlərimə nərd dolacaq,Yəqin inciyim olacaq,Həm Allahdan, həm “sobes”dən.
Özümü saxlayacağam,Dözümə bağlayacağam,Diksinib ağlayacağamZərlər qoşa düşən səsdən...1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-belke-bir-gun-geri-donub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Bir ağır yük daşıyıram,Möhnətliyəm, möhnətliyəm.
MənəmMeşələr payızda saralıb-solar,Baharda yarpağı tökülən mənəm.
Ramazan həsrətiRamazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,
Qəzəl: Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib olduHərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu