Bəlkə elə o buludÖtən ilki buluddur?Bəlkə bulud dəyişib,Sükut həmin sükutdur?

Səhərin hay-küyündəQaratoyuq oxuyur,Quşcuğaz çöldəkitəkÜrkək, ayıq oxuyur.

Bu səs şərdən uzaqdır,Xeyirdən xəbəri yox,Günəş sabah doğmasa,Bu quşun səhəri yox.

Yer üzündə ən qədimBir şeir eşidirəm:“Vaqifim, ömür gedir,Gün gedir”, eşidirəm.

Şeir sükut üstündəQuş səsiylə cızılıb,Bu dünyanın ən qədimYazısıyla yazılıb.

Oxu, qurbanın olum,O xaldan yenə də vur,Vallah, elə o buludÖtən ilki buluddur...1997

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе