Salam, sulu qar, salam
Salam, sulu qar, salam,Şükür, istidir evim,Nağıldan boylanırlarSimurq quşumla devim.
Xəşil bulayır nənəm,His verir neft lampası,Süfrədə göz oxşayır,Dəmir qabda manpası.
Anam çağırır məni,Ən doğma səsdə adım...İlahi, uşaqlıqdanMən neçin yadırğadım?
Dayım durub qapıda,Dolaşıqdır dediyi,Gözlərində sevinc var,Ağzında araq iyi.
Sən demə, AlmaniyaMəğlub olubmuş bizə...İndi isə sulu qarYağır yerə, dənizə.
Salam, sulu qar, salam,Gözlərim xumarlanır,İçimdə his verərəkBir neft lampası yanır...1997
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-salam-sulu-qar-salam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Zülfün kimi qaraldı könül dudi-ah iləZülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.
Sevirəm uşaqlarıSevirəm uşaqları çox –Onların oynamaq səsini
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.