Hardasa bir qapı var
Hardasa bir qapı varÜstündə gümüş açar,Bir də bir quş var, enməz,Həmişə göydə uçar.
Güllər də yaralanar,Daşlar da aralanar,Yağış var, damlalarıYerə düşəntək yanar.Buludlar da yarımçıq,Göy otlar da yarımçıq,Kişnərtisi boğulmuş,Göy atlar da yarımçıq.Barsız, sınıq buludlar,Rəngi qaçmış dodaqlar,Qapının qabağındaÇağrılmamış qonaqlar.Sevindirməz heç kəsiGümüş açarın səsi,Ölsə də yerə enməz,Göydədir ev yiyəsi...1997
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-hardasa-bir-qapi-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Emin Sabitoğlu bəstələmişdir*Güllər üstə uçan, qaçan
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Min bir bəlaya düşdü, budur əhli-ruzigarMin bir bəlaya düşdü, budur əhli-ruzigar,Bir saqidir edən məni dünyada payidar.
Bir ay əmindiKönlümün növrağı, şəmsü çırağıQəlbi natəvanım, bir ay əmindi.