Bir gün o dağların quzey rüzgarıYetirər özünü sərin xəbərlə,Sinə dağlarının əriyər qarı,Qurtarar alverin dərin kədərlə.

Görərsən dibçəkdə gül nə gözəldir,Gözünə bir yumşaq pişik də dəyər,Duysan doğan günəş hər gün əzəldir,Qupquru budaqda almalar dəyər.

Göydə himn oxuyar, qalx, deyər sənə,Başının üstündə durna qatarı,Həyat bir əl kimi uzanar yenə,Həm Allaha sarı, həm sənə sarı...

1996

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов