Bir yol görmədim dönməsin
Bir yol görmədim dönməsin,Bir şam görmədim sönməsin.Allah mənə dil veribsə,Niyə danışıb, dinməsin?
Çiçək dərmək istəyirəm,Dəniz görmək istəyirəm,Mən də bir az bu dünyada,Ömür sürmək istəyirəm.
Sinə dağlamaq üçünmüş,Qapı bağlamaq üçünmüş,Gülüşlə başlanan günün,Sonu ağlamaq üçünmüş...
Şimşək niyə göydə çaxır?Çay neçin dənizə axır?Yad gözü heç, öz gözlərimMənə hər gecə yad baxır...1983
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-bir-yol-gormedim-donmesin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
VətənNeçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?
ÇəkərSallana-sallana bağa çıxanda,Sərv qamətindən xəcalət çəkər.