Biz sizlərdən uzaqdayıq
Biz sizlərdən uzaqdayıq,Siz də bizlərdən uzaqda,Biz ölərik, siz də yəqinDirilərsiz bəd ayaqda.
Pozulmaz sonsuz tarazlıq,Düz gələr Allahın sözü,Bir bu dünya, bir o dünya,Tərəzinin iki gözü...
Biri ömür, biri ölüm,Biri gecə, biri gündüz,Düzlük varsa kainatda,Hər şey əyri, yalnız bu düz...
Xeyir şərmiş, şər xeyirmiş,Hər ikisi bir ad imiş,Qılıncla cəllad başınıVuran da bir cəllad imiş...
Fərqi yox, baş harda gedir,Ya bu qatda, ya o qatda,Gedir müqəddəs cəlladınMübarək qılıncı altda...
1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-biz-sizlerden-uzaqdayiq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bəxtəvərsən, ey könül, nə eyləmiş dövran sənə,Dərdin artmış dəryadan, etməz əlac loğman sənə.
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir