Bu gün birinci dəfə
Bu gün birinci dəfədöydün ömrümün qapısını.Açmadım.Açacaqdım qapınıinadkar olsaydın azacıq.Onda mən yazıq...Endirib evimizdənaparacaqdılar məniKommunist küçəsi ilə yuxarı.Sonra burulacaqdılarAnarla Yusifin təzə evinə sarı.Sonrasilkələnə-silkələnəsonuma gedəcəkdimmin tabut üzü görmüş qruzovikdə.
Mənasız olacaqdıq sən də, mən də...Ancaq indiyaşaya bilərikmüttəfiq kimi.Çiyin-çiyinə, ümid-ümidə...Ala bilərlər əlimdənBuzovna qayalarını,Xəzərinsahildə quruyan qayıqlarını,Abşeronundoşaba üzüm əzən nazik ayaqlarını...Əlimdən ala bilərlərhər yeni günümün sonbeşikliyini...Bircə səniala bilməzlər əlimdən,ölümüm.Səniçıxara bilməz həyatımdannə zaman, nə insan.Çiyin-çiyinə,ümid-ümidə dolanaq.Bu vaxt,bu kədər,bu otaq...1965
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-bu-gun-birinci-defe
Клавиши ← → для перехода, R — случайное стихотворение