Darıxma, gözlə
Darıxma, gözlə,indicə gəlirəm.Allaha bir söz deyib,bircə insan ömrü yaşayıb,gəlirəm.
Çox çəkməz, çox uzanmaz,nədir ki, vaxt üçünbir insan ömrü?Heç nə, heç bir şey.Bir doğum, bir ölümvə onların arasındaAllaha deyilən bircə kəlmə söz.Ya — hə, ya — yox....Gözlə, sevgilim torpaq,gözlə,meşələrlə xumarlanan,dənizlərlə bərələn,çaylarla axan gözlərinəqurban olduğum...
1986
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-darixma-gozle
Клавиши ← → для перехода, R — случайное стихотворение