Duman gölü bürüyər, suda üzər sonalar,Üzümüzə hər yandan dəyər körpə nəfəsi,Qərib bir nəğmə deyər mehin, qamışın səsi...

Səslər deyər: Sonalar,Sonalar, ay sonalar,Dünyada təzə nə var?Yox olubmu həyatdanXoş sözə, etibara,Eşqə həsrət qalan göz?Yalqızlıqda dolan göz?Sonalar, ay sonalar,Dünyada təzə nə var?

Duman göldən çəkilər, sularda işıq gülər,Yenicə çağlayanda şən yaşamaq həvəsi,Qərib bir nəğmə deyər mehin, qamışın səsi...*1982

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке