Elə bu rəngdəyəm, öz rəngimdə
Elə bu rəngdəyəm, öz rəngimdə,yamyaşıl otlar arasında sürünəndə də,qumral düzlərin qırpınmayangöz açıqlığında da,ağ qarın yağan, qalan, əriyən,gəldi-gedər həqiqətində də,elə bu rəngdəyəm, öz rəngimdə.Dəyişə bilməməyim,rəngdən rəng ala bilməməyim,hər yerdə, həmişə görünmək xofunda,daima göz qabağında olmaq qorxusunda...Hər gün burda,hər gün görünə-görünə,hər gün başqa rənglər görə-görə.Bir rəngin məhbəs kamerasındaömürlük dustaq,rənglərin azadlığına çıxmaq arzusunda,rənglərin yad, düşmənolduğunu bilə-bilə...
1985
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-ele-bu-rengdeyem-oz-rengimde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kaş böyüyə-böyüyə səsi çıxaydı,nəğmə deyə biləydi ağac,
Yuxu iyi gəlirYuxu iyi gəlirhər yandan yenə.
Əl barmaqlarının dırnaqlarında şəkilƏl barmaqlarının dırnaqlarında şəkil,hər dırnaqda bir heyvan əksi,
Bir yanda, bir yerdə olsamBir yanda, bir yerdə olsam,xoşuma gəlsə oralar, yapışsam oralara,