Gəlib lap gözlərimin
Gəlib lap gözləriminqabağında dursan da,yenə də uzaqdan, gücləgörəcəyəm səni.Çünki ilk gəlişinləkeçmişlərə getdin.Ən əcaib yuxulardan dauzaq, əlçatmaz xatirələrə...Bir insanı tutub,saxlaya bilməmişəm əlimdə,hamısı düşüb bəxtimin burulğanına,xatirələrə batıb...Günlər doğar-doğmaz yosun bağlayır,ömür yamyaşıl su içində.Bütün ümidlər qaya dibi qaranlığında.İçim, çölümgözsüz mağara balıqları...
1985
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-semedoglu-gelib-lap-gozlerimin
Клавиши ← → для перехода, R — случайное стихотворение